Qubada yeni suvarma kanalı çəkilir -

Qubada yeni suvarma kanalı çəkilir

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Quba rayonunda 10 min hektar ərazinin suvarılmasını təmin edəcək yeni kanal çəkilir.

AzərTAc xəbər verir ki, uzunluğu 15 kilometr olan suvarma kanalı altı kəndin ərazisindən keçəcək. Kanalın suyundan Bağbanlı, Zizik, Zərdabi, Barlı, Vladimirovka və Ağbil kəndlərindəki təsərrüfatlar yararlanacaq.

Qudyalçayın suyu ilə qidalanacaq su ötürücüsü sonda Samur-Abşeron kanalına birləşdiriləcək.

Artıq suvarma kanalının 13 kilometrində betonlama işləri başa çatıb. Saniyədə 15 kubmetr su tutumuna malik kanalda tullantıları təmizləmək üçün xüsusi qurğu quraşdırılacaq. Bununla yanaşı, piyada və avtomobillərin hərəkətini təmin etmək üçün kanalın üzərində ümumilikdə 29 keçid tikiləcək.

Suvarma kanalının tikintisini 2015-ci ilin əvvəllərində yekunlaşdırmaq nəzərdə tutulub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !