Lənkəran, Quba və Gəncə şəhərlərində TƏHLÜKƏ – SİZ layihəsi keçirilmişdir - FOTO

Lənkəran, Quba və Gəncə şəhərlərində “TƏHLÜKƏ – SİZ” layihəsi keçirilmişdir FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran, Quba və Gəncə şəhərlərində yol hərəkət qaydaları və piyadaların vəzifələrinin təbliği məqsədilə məktəblilər arasında “TƏHLÜKƏ – SİZ” layihəsi həyata keçirilmişdir. Layihəni həyata keçirilməsində əsas məqsəd müasir dövrdə aktual problemlərdən biri olan piydaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə piyadaların vəzifələrinin təbliğindən ibarət olmuşdur. Yol hərəkət qaydlarına əməl etmək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının ən əsas amilidir. Yol-nəqliyyat hadisələrini qarşısını almaq üçün yalnız sürücülərin deyil, piyadaların və sərnişinlərin də yol hərəkəti qaydalarını bilmələri və onlara riayət etmələri vacibdir. Layihədə hədəf kütlə kimi azyaşlılar xüsusən də məktəblilər seçilmişdir. Layihə orta məktəblərdə təbliğat xarakterli tədbir formasında keçirilmişdir. Keçirilən tədbirlərdə məktəblilərə yol hərəkət qaydalarının müddəları haqqında ətraflı məlumat verilmiş və şagirdlərlə qarşılıqlı müzakirə aparılmışdır. Tədbir zamanı layihə rəhbəri Tuğay Kərimov şagirdlərə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun bir sıra müddəaları , piyadaların xüsusilə uşaqların küçə və yollarda davranış qaydaları və hərəkəti nizamlayan bəzi yol nişanları haqqında ətraflı məlumat vermişdir. Piyadalar tərəfindən yol hərəkət qaydalarına əməl etməyin vacibliyi xüsusilə vurğulanmışdır. Tədbirin sonunda şagirdlərə yol hərəkət qaydalarından düzgün istifadəni əks etdirən maarifləndirici çap materialları olan bukletlər paylanılmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !