Nəzər Nöqtəsi layihəsi yekunlaşdı - FOTO

“Nəzər Nöqtəsi” layihəsi yekunlaşdı FOTO

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Nəzər Nöqtəsi” layihəsi artıq yekunlaşdı.
Layihə 6 dekabr – 10 dekabr 2014-cü il tarixləri aralığında keçirilib.
“Nəzər nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etmək olub.
Layihə çərçivəsində gənclər 5 gün ərzində təlimləndirildikdən sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanıblar. Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Komanda quruculuğu”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” haqqında olub. Layihə müddətində təlimçi Eldəniz Əsədov, Asif Nəsibov və Elman Nəsirov gənclərə maraqlı təlimlər keçiblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "gənclər paytaxtı" seçilən Quba şəhərinin Gənclər Mərkəzində keçirilib. Layinənin son günündə gənclərə şəhadətnamə verilib.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !