Mütəxəssislər Nəzər Nöqtəsi ndə - FOTO

Mütəxəssislər “Nəzər Nöqtəsi”ndə FOTO

"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun birgə layihəsi olan və Quba şəhərində keçirilən "Nəzər Nöqtəsi" layihəsi çərçivəsində ilkin təlimlər keçirilib.
Komanda quruculuğu üzrə təlimçi Eldəniz Əsədov, Dövləq quruculuğu üzrə Asif Nəsibov, Siyasi analiz üzrə Asif Nəsibov, Azərbaycan siyasəti üzrə politoloq Elman Nəsirov təlim keçiblər.
Qeyd edək ki, “Nəzər nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !