Musiqili Teatr Yeni İlə yeni tamaşa ilə hazırlaşır -

Musiqili Teatr Yeni İlə yeni tamaşa ilə hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrı Yeni İl şənliklərinə Şarl Peronun “Yatmış gözəl” nağılının motivləri əsasında “Yatmış gözəl və cırtdanlar” tamaşası ilə hazırlaşır. Tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadə bildirib ki, cari ilin sonuna qədər premyerası baş tutacaq bu səhnə əsəri balaca tamaşaçılara məktəblilərin qış tətili günlərində Yeni İl nağılı kimi təqdim olunacaq. Disneyin nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz cırtdanlarla zəngin olan tamaşada nağılçı, Kral Stefan, Santa Klaus, cadugər Malifisenta və başqa obrazları Əməkdar artist Novruz Qartal, Nicat Həbibov, Mehriban Zalıyeva, Türkel Şabanova kimi tanınmış aktyorlar canlandıracaq. Musiqili Teatrın xor və balet truppasıda bu səhnə əsərinə xüsusi gözəllik qatacaq. 25dekabrdan 2015-ci ilin 10 yanvarına qədər hər gün balaca tamaşaçıların görüşünə gələcək tamaşada və Yeni İl şənliyində uşaqları maraqlı əyləncə, sürprizlər və Şaxtababadan hədiyyələr gözləyir.
Qeyd edək ki, musiqili-əyləncəli tamaşanın quruluşçu-rəssamı Vüsal Rəhim, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayevadır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !