Musiqili Teatrda premyera olub -

Musiqili Teatrda premyera olub

Noyabrın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında daha bir tamaşanın – E. Sabitoğlu və Y. Şvartsın “Qırmızıpapaq” əsərinin premyerası olub. Uşaqlar üçün nəzərdə tutulan bu tamaşada xeyirlə şərin mübarizəsindən, bütün çətinliklərə və sınaqlara baxmayaraq sonda məhz xeyirin qələbə qazanmasından bəhs edilir. Qeyd edək ki, balaça tamaşaçılara bir sıra mənəvi-əxlaqi dəyərləri aşılayan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Boris Qrafkindir. Tamaşada əsas obrazları Əməkdar artistlər Səmayə Musayeva, Ema Məlikova, aktyorlar Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları canlandırır. Tamaşanın növbəti nümayişi 13 dekabr saat 12.00-da baş tutacaq. Biletləri teatrın və şəhərin kassalarından əldə etmək olar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !