Nəzər Nöqtəsinin iştirakçıları gənclər paytaxtında bir araya gəlirlər -

Nəzər Nöqtəsinin iştirakçıları gənclər paytaxtında bir araya gəlirlər

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba şəhərində “Nəzər Nöqtəsi” adlı layihə baş tutacaq.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2011-2015-ci illər) əsas vəzifəsindən biri - dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, məhz bu problemin həllinə yönəldilmişdir. Qeyd olunanlar, bu günün dövləti və cəmiyyəti bu istiqamətdə daha geniş addım atmasını sövq edir.
“Nəzər Nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması,beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Ümumilikdə layihədə 30 gəncin iştirakı planlaşdırılır. Bu gənclər 5 gün ərzində təlimləndirilib ondan sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanacaqlar.
Layihənin keçirilməsi üçün nəzərdə tutulan coğrafi ərazi kimi Azərbaycan Respublikası Gənclər və Diman Nazirliyi tərəfindən Gənclər Paytaxtı seçilən Quba şəhəridir.
Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” münaqişəsi haqqında olunacağı planlaşdırılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !