“İRƏLİ” İB-in sədri Mirhəsən Seyidov Belçikada səfərdədir
Bu xəbəri paylaş
“İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Belçikanın Brugge şəhərində səfərdədir.
Belçikanın Brugge şəhərində “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsi üzv olan təşkilatların gənclərini bir araya yığır.
Qeyd edək ki, təşkilat 1986-ci ildə Strasburq şəhərində 120 gənc tərəfindən yaradılmışdır. Hazırda bu təşkilata olan üzvlər dünyanın 30 ölkəsindəndir. “İRƏLİ” İctimai Birliyi bu təşkilatın üzvləri siyahısındadır.
Layihənin əsas məqsədi beynəlxalq gənclər sektorunda mövcud yeniliklər haqqında gəncləri maarifləndirmək, yeni layihələrin yazılması üçün onları dəstəkləməkdir. Layihədə gənclər işində innovativ metodların öyrənilməsi, gənclərin şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.