Respublikanın cənub bölgəsində aramsız yağışların fəsadları aradan qaldırılır -

Respublikanın cənub bölgəsində aramsız yağışların fəsadları aradan qaldırılır

Respublikanın cənub bölgəsində son günlər yağan aramsız yağışlar nəticəsində Lənkəran və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsindəki bəzi həyətlərə və evlərə su dolmuşdur. Lənkəran rayonu Vilvan kəndinin bir hissəsini birləşdirən Veravul çayı üzərindən keçən avtomobil körpüsü intensiv yağışlar nəticəsində uçmuşdur.
Görülmüş tədbirlər nəticəsində Lənkəran rayonu, Girdəni kəndində həyətyanı sahələrinə su dolması nəticəsində evlərindən çıxmaqda çətinlik çəkən 38 nəfərə müvafiq köməklik göstərilmişdir.

Hazırda hər iki rayonda həyətyanı sahələrdən suyun kənarlaşdırılması üçün müvafiq qurumlar cəlb olunmaqla lazımi tədbirlər davam etdirilir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !