Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 25-də Lənkəranda vətəndaşları qəbul edəcək -

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 25-də Lənkəranda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabr ayının 25-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində saat 11:00-da vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran şəhəri ilə ilə yanaşı, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Cənub bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Qağayı Məmmədov

Tel: (050) 380-27-43
e-mail:[email protected]
www.scwra.gov.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !