İrəli Dövlət Bayrağı Günü münasibətilə video çarx hazırlayıb - VIDEO

“İrəli” Dövlət Bayrağı Günü münasibətilə video çarx hazırlayıb VIDEO

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
“İrəli” İctimai Birliyi və “İrəli” Production Dövlət Bayrağı Günü münasibətilə maraqlı video çarx hazırlayıb. Qeyd edək ki, video çarxda Azərbaycanın məşhur simaları yer alaraq, Bəxtiyar Vəhabzadənin “Bayraq” şeirini ifadə ediblər.
Hər bir gəncin vəzifəsi Azərbaycan bayrağını uca zirvələrdə dalğalandırmaqdır.
“İrəli” İctimai Birliyi Azərbaycan xalqını 9 noyabr Dövlət Bayrağı günü münasibətilə təbrik edir, bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzulayır.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !