Quba rayonunda məktəblilər arasında şahmat üzrə Respublika çempionatının final mərhələsinə start verilib -

Quba rayonunda məktəblilər arasında şahmat üzrə Respublika çempionatının final mərhələsinə start verilib

Noyabrın 10-dək davam edəcək yarışın təntənəli açılış mərasimində Təhsil Nazirliyinin, Rayon İcra Hakimiyyətinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yarışda 6 yaş qrupu üzrə 37 komanda öz qüvvələrini sınayır. 163 şahmatçının qatıldığı yarış FİDE qaydalarına əsasən 7 turdan ibarətdir.
Yarışın ilkin seçim mərhələsi Azərbaycanın müxtəlif rayonlarında yerləşən Uşaq Gənclər Şahmat məktəblərində keçirilib.
Yarışda I yeri tutanlar Taylandda məktəblilər arasında keçiriləcək Dünya çempionatına, II yeri tutanlar isə Türkiyədə məktəblilər arasında keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !