Gənclər və idman naziri Azad Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək -

Gənclər və idman naziri Azad Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Lənkəran - 051-505-30-30

Astara - 055-789-03-34

Cəlilabad - 050(055)-315-25-25

Lerik - 050-349-57-79

Masallı - 050-637-44-88;

055-237-44-88

 

 

Yardımlı - 050-682-71-23  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !