Gənclər Fondunun dəstəyi ilə Qubada Səyyar ədəbiyyat məktəbi layihəsi təşkil edilib - FOTO

Gənclər Fondunun dəstəyi ilə Qubada “Səyyar ədəbiyyat məktəbi” layihəsi təşkil edilib FOTO

Gənclər paytaxtı Qubada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səyyar ədəbiyyat məktəbi” adlı layihəsi çərçivəsində təşkil olunan tədbirlər yekunlaşıb.
Layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin üzvü Vüsal Sultanovun verdiyi məlumata görə layihənin təşkilində əsas məqsəd gənc nəslin bədii ədəbiyyata olan marağını artırmaq, müasir Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərini artırmaq, eyni zamanda onların ədəbiyyata çıxış imkanlarını sadələşdirməkdir. Bu layihə daha öncə Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Quba Kitab Klubu” layəhəsinin bir növ davamı kimi hesab edilə bilər. Layihə nəticəsində Qubanın bir neçə yaşayış massivində yeniyetmə və gənclərin iştirakı ilə müxtəlif yazıçıların əsərlərinin təhlili aparılıb, gənclərə onların məşhur əsərləri barədə məlumatlar verilib.
Qubanın Ağbil, Qaraçay, Dağlı və Hacıqayıb zonalarında təşkil olunan tədbirlərdə ümumilikdə 80 nəfər yeniyetmə və gənc Gənclər Fondu barədə məlumat almaqla yanaşı, Elxan Elatlı, Varis kimi yazıçıların vətənpəvərlik mövzularındakı əsərləri, Sabir və Cəlil Məmmədquluzadə kimi klassiklərinin yaradıcılıq fəlsəfəsi, eyni zamanda dünya ədəbiyyatının bestselləri siyahısında yer alan Den Braunun yaradıcılığı barədə geniş bilgi alıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !