Finalda ilk dəfə Qaraçay məktəbliləri də olacaq - FOTO

Finalda ilk dəfə Qaraçay məktəbliləri də olacaq FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri Quba rayonunun ən böyük yaşayış massivlərindən biri olan Alekseyevka kəndində baş tutub.
Seçim turunda 4 kənd məktəbini təmsil edən 6 komandanın tərkibində birləşən 36 nəfər yeniyetmə və gənc iştirak edib.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkiletmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir. Layihə çərçivəsində keçirilən üç seçim turu barədə də məlumat verən layihə rəhbəri əsasnaməyə uyun olaraq bu seçim turunda da ilk iki yeri tutan komandaların final mərhələsində iştirak edəcəyini qeyd edib. R.Mahmudov həmçinin bildirib ki, bu layihə eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir.
Daha sonra baş tutan intellektual çoxnövçlük üzrə yarışda 6 komanda qüvvəsini sınayıb.
24 sualdan 13-nə doğru cavab verərək birinci olan Alekseyevka kənd tam məktəbinin “Gənclər” komandası növbəti dəfə final mərhələsində oynamaq hüququ qazanıb. 8 oyun xalı və 25 reytinq xalı ilə rəqibləri İsnovqışlaq məktəbinin “Zirvə” biliilərini 1 reytinq xalı ilə qabaqlayan Qaraçay məktəblilərindən ibarət “Ulduz” komandası ikinci yeri tutaraq ilk dəfə final oyunlarında iştirak etmk hüququ qazanıb. İsnovqışlağın “Zirvə” komandası isə seçim turunu üçüncü yerdə bitirib.
“Bahar kuboku-2014” turnirinin növbəti seçim turu Quba rayonunun Zərdabi zonasında baş tutacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !