Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində vətəndaşları qəbul etmişdir
Bu xəbəri paylaş
25 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 107, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.