Ağdamda "Gəlin gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək" adlı marifləndirici tədbir keçirilmişdir FOTO
Bu xəbəri paylaş
24 iyul 2014-cü il tarixində Ağdam rayonu Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi tərəfindən "Gəlin gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək" adlı marifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərə zərərli vərdişlər haqqında ətraflı biliklərin verilməsi, xüsusən də narkomaniya qarşı mübarizədə gənclərin rolu və vəzifələrinin öyrədilməsi, bu sahədə mövcud vəziyyətin müzakirəsindən ibarət olmuşdur.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin, hüquq mühafizə orqanlarının, ziyalıların və gənclərin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə narkomaniya haqqında hazırlanmış qısa filmə baxdıqdan sonra bu mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Müvafiq əyani vasəitlər ilə təmin edilən iştirakçılar bu cür marifləndirici tədbirlərin tez-tez keçirilməsinin vacibliyinə diqqət çəkmişdilər. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirmişdilər.