Yevlaxda sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb
Bu xəbəri paylaş
Bu gün günorta saatlarında Yevlaxda bıçaqlanma hadisəsi baş verib. Yevlax sakini, 1972-ci il təvəllüdlü Natiq Kazım oğlu Həsənov Abbasqulu bəy Şadlinski küçəsində bıçaqlanıb. Ona naməlum şəxs və ya şəxslər tərəfindən sağ və sol gicgah nahiyyəsindən bıçaq zərbələri endirilirb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Yevlax Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !