Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində vətəndaşları qəbul edəcək -

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 sentyabr 2014-cü il tarixində saat 11:00-dan Şəmkir şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Bayraq Meydanı)
24 sentyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected] 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !