ARGTMŞ üzvü olan gənclər təşkilatları ilə mətbuat nümayəndələrinin görüşünü təşkil edib - FOTO

ARGTMŞ üzvü olan gənclər təşkilatları ilə mətbuat nümayəndələrinin görüşünü təşkil edib FOTO

AZpess xəbər verir ki, 09 sentyabr 2014-cü il tarixində Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən QİDA Payız Akademiyası çərçivəsində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri ilə mətbuat nümayəndələri arasında görüş təşkil olunub.

Görüş ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının mətbuatla əməkdaşlığın qurulması sahəsində maarifləndirilməsi və onlarla mətbuat nümayəndələri arasında əməkdaşlığın qurulmasına imkan yaratmaq məqsədi ilə təşkil olunub.

Görüş zamanı gənclər təşkilatları və mətbuat arasında əməkdaşlığa maneə olan əsas məsələlər müəyyənləşdirilib və bu maneələrin səbəbləri araşdırılıb. Daha sonra bu əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb və qarşılıqlı təkliflər səsləndirilib.
Məlumat üçün qeyd edək ki, QİDA Payız Akademiyası ARGTMŞ-nın 3G strategiyasının “Gənclər təşkilatları institutunun gücləndirilməsi” istiqaməti çərçivəsində həyata keçirilir. Akademiyanın məqsədi ARGTMŞ-nın üzv olan təşkilatların rəhbərlərinin bilik, bacarıqlarının aratırılması və əməkdaşlığının gücləndirilməsidir. Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumları təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndirilir. Tədbir 12 sentyabr 2014-cü il tarixinədək davam edəcək.
FOTOREPORTAJ: Rüstəm Fərman
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !