ARGTMŞ Lənkəranda üzv təşkilatlarının rəhbərləri üçün tədris proqramına start verir -

ARGTMŞ Lənkəranda üzv təşkilatlarının rəhbərləri üçün tədris proqramına start verir

Bu gün, Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərdən ibarət 80 nəfərin iştirakı ilə Payız Akademiyası start götürür. Tədbir ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə təşkil olunan QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər, gənc jurnalistlər, bloqqerlər və dizaynerlərin iştirakı ilə təşkil olunan “Xətdə” Payız Akademiyasından ibarətdir.

Tədbir çərçivəsində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər QHT idarəedilməsi, layihə idarəedilməsi və internetdən düzgün istifadə bloklarına daxil olan 20-yə yaxın mövzunu əhatə edən tədris proqramında iştirak edəcək. Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumları təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndiriləcək. Təlim tədris proqramı zamanı əhatə olunmuş mövzularda biliklərin artırılması məqsədi ilə bir çox praktiki məşğələlər təşkil olunacaq.
Qeyd edək ki, tədbir 12 sentyabr 2014-cü il tarixinədək davam edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !