341 Ağdamlı məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olub - FOTO

341 Ağdamlı məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olub FOTO

Quzanlı qəsəbəsindəki mədəniyyət evində bu il respublikanın ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirildi.
Görüşdən əvvəl rayon rəhbərliyi və gənclər ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar dilədi.
Rayon təhsil şöbəsiin müdiri Elmira Şükürova ötən dərs ilində rayon təhsilinin uğurlarından danışdı. Məlumat verildi ki, rayonun orta ümumtəhsil məktəblərini bitirən 1040 məzundan 560 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 341 nəfəri tələbə adını qazanıb. Gənclərdən 45 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb. Çəmənli kənd tam orta məktəbin məzunu Məmmədzadə İlkin imtahanlarda 700 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib.
Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz verdilər.
Yüksək bal toplayan gənclərə hədiyyələr verildi. Tədbir konsert proqramı ilə davam etdirildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !