Qarabağ Futbol Klubu doğma azarkeşləri ilə görüş keçirdi FOTO
Bu xəbəri paylaş
Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün çempionu olan “Qarabağ” klubu sentyabrın 1-də Ağdam rayonuna gəldi. Klub rəsmiləri və futbolçular öncə Qarabağ müharibəsində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
daha sonara Quzanlı qəsəbə stadionuna gələn son ölkə çempionları ağdamlılar tərəfindən böyük çoşqu ilə qarşılandılar.
Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov “Qarabağ” klubunun yaranma tarixi, qazandığı uğurlardan danışdı.
Klubun vitse-prezidenti Tahir Gözəl öz nitqində qeyd etdiki, “Qarabağ” vacib görüşləri Quzanlı stadionunda keçirə bilər.
Sonra çempionluq kuboku Ağdamlılara təqdim olundu.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !