Lənkəranda Kiçik səhnə baxış-müsabiqənin 1-ci turuna start verildi - FOTO

Lənkəranda “Kiçik səhnə” baxış-müsabiqənin 1-ci turuna start verildi FOTO

Avqustun 25-26-da Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində klub filialları arasında "Kiçik səhnə" adlı dram dərnəklərinə baxış-müsabiqənin 1-ci turuna start verildi. Müsabiqədə Boladi, Tütəpeştə, Bəliton, Liman, Xanbulan, Moloja, Osaküçə, Hirkan, Şıxəkəran klublarının və Mədəniyyət Mərkəzinin özfəaliyyət dram kollektivləri hazırladıqları müxtəlif səhnəcikləri nümayiş etdirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd yerlərdə teatr sənətinə marağı artırmaq, istedadlı şəxsləri üzə çıxardıb, aktyorluq fəaliyyətinə cəlb etmək, eləcə də gənclərin asudə vaxtını səmərəli keçirtməsini təmin etməkdir. Müsabiqənin növbəti turu sentyabrın 18-də təşkil olunacaqdır. Baxış-müsabiqənin yekun turu sentyabrın 27-nə planlaşdırılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !