Gənclərin informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması layihəsi uğurla sona çatdı - FOTO

“Gənclərin informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması”layihəsi uğurla sona çatdı FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Nəzərov Ələkbər Saməddin oğlu tərəfindən Gəncə və Lənkəran şəhərlərində həyata keçirdiyi “Gənclərin informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması”layihəsi uğurla yekunlaşmışdır.Layihənin məqsədi gənclər arasında informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.Təlim zamanı gənclərə informasiya texnologiyaları haqqında bilikləri özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılmışdır.Layihə gənclər tərəfindən maraqla qarşılanmışdır.Təlim zamanı qeyd olunmuşdur ki, müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır.Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
Buna görə də BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Üçüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, İKT-dən bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur.Təlimdə 50 nəfər yaxın gənc iştirak etmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !