Gənclər paytaxtı Quba gənclərin gözü ilə layihəsi başa çatıb - FOTO

Gənclər paytaxtı Quba gənclərin gözü ilə layihəsi başa çatıb FOTO

Quba rayonunda Azəraycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər paytaxtı Quba gənclərin gözü ilə... İctimai aktivlik layihəsinə yekun vurulub.
Layihə rəhbəri Pərviz Muradovun verdiyi məlumata görə layihənin gerəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin üzə çıxarılması, gənc liderlər şəbəkəsinin formalaşdırılmasıdır. Layihə çərçivəsində 14-18 yaşlı gənclər liderlik məktəbi çərçivəsində təşkil olunacaq 4 günlük təlimlərə cəlb olunublar.
Layihənin uğurlu tərəflərindən biri təlimlərdə Qubanın bir sıra kənd yerlərində - Əlibəyqışlaq, Qımılqışlaq, İdrisiqışlaq, Timiryazev, Alekseyevka kimi kəndlərdə yaşayan gənclərin də iştirak etməsi olub. Qubanın müxtəlif şəhər və kənd məktəblərində təhsil alan 20 nəfər gənc 4 gün ərzində təcrübəli təlimçilər – Nizami Hüseynov və Ramin Mahmudov tərəfindən “Şəxsi inkişaf və fərdi potensalın üzə çıxarılması”, “Liderlik”, “Natiqlik” və “Layihələrin yazılması və idarə edilməsi” mövzularında maarifləndirilblər.
Təlimdə iştirak etmiş gənclərin gələcəkdə şəbəkələşməsinə dəstək vermək məqsədilə facebok sosial şəbəkəsində internet istifadəçisi olan gənclərin də qatıldığı yeni qrup yaradılıb.
Layihənin rəsmi bağlanış mərasimində Quba rayon Gənclər və İdman İdarəsnin rəisi Mustafa Nöhbalayevin də iştirakı gənc liderlərə sertifikatlar təqdim edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !