Gənclər paytaxtı Quba gənclərin gözü ilə layihəsinə start verilib - FOTO

Gənclər paytaxtı Quba gənclərin gözü ilə layihəsinə start verilib FOTO

Quba rayonunda Azəraycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər paytaxtı Quba gənclərin gözü ilə... İctimai aktivlik layihəsinə start verilib.
Layihə rəhbəri Pərviz Muradovun verdiyi məlumata görə layihənin gerəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin üzə çıxarılması, gənc liderlər şəbəkəsinin formalaşdırılmasıdır. Layihə çərçivəsində 14-18 yaşlı gənclər liderlik məktəbi çərçivəsində təşkil olunacaq 4 günlük təlimlərə cəlb olunacaqlar.
Layihənin rəsmi açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsnin rəisi Mustafa Nöhbalayev, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və Liderlik məktəbinə seçilmiş 20 nəfər gənc iştirak edib.
Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasından sonra ölkədə gənclərin ictimai fəallığının artıdğını, bir-birini ardınca müxtəlif məzmunlu və əhəmiyyətli layihlərini gerçəkləşdiyini bildirblər.
Qeyd edək ki, 4 gün davam edəcək təlimlərdə Quba rayonunun müxtəlif kənd və qəsəbələrində, eləcə də rayon mərkəzində yaşayan 14-18 yaşlı 20 nəfər gəncə peşəkar təlimçilər tərəfindən “Şəxsi inkişaf və fərdi potensalın üzə çıxarılması”, “Liderlik”, “Natiqlik” və “Layihələrin yazılması və idarə edilməsi” mövzularında təlimlər keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !