Qədim Musiqinin Müasir Siması -

Qədim Musiqinin Müasir Siması

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Mingəçevir şəhərində gənclərlə “Qədim Musiqinin Müasir Siması” layihəsi həyata keçirildi. Layihə istedadlı gənclərin müəyyən reklam afişaları və tələbə gənclər təşkilatlarının köməyi ilə kəşf edilərək sonra festivala start verildi. Burada 2 qrupdan ibarət 20 musiqiçi seçildi. Qruplardan biri milli musiqi alətlərində ifa, digəri isə dünya musiqi alətlərində ifalar nümayiş etdirdilər. İştirakçılar münsiflər heyyəti tərəfindən dinlənildikdən sonra hər qupdan zəif çıxış edən 2 iştirakçı festivaldan kənarlaşdırıldı. Bu qayda ilə dörd həftə belə seçimlər başa çatdıqdan sonra sonda bir qalib müəyyən olundu. . Yekun olaraq Mingəçevir şəhərində bütün musiqiçilər ilə “Qədim musiqimizin müasir siması” adı altında gecə keçiriləcək bu festivalda yer tutmuş iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !