Lənkəran Tarix-diyarşünaslıq muzeyinin bərpa olunmuş eksponatlarının sərgisi - FOTO

Lənkəran Tarix-diyarşünaslıq muzeyinin bərpa olunmuş eksponatlarının sərgisi FOTO

Hər il olduğu kimi 2014-cü ildə də Lənkəran Tarix-diyarşünaslıq muzeyinin bərpaya ehtiyacı olan eksponatları bərpa olunmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə göndərilmişdir. Göndərilən eksponatların bir qismi Mərkəz tərəfindən bərpa olunaraq muzeyə gətirilmişdir. 08 avqust 2014-cü il tarixində bərpa olunmuş 30 adda eksponatın Lənkəran Mərkəzi Kitabxanasında səyyar sərgisi təşkil olunmuşdur. Sərgidə muzeyin baş fond mühafizi Xalid Məmmədov bərpa olunmuş eksponatlar haqqında məlumatlar vermiş, onların tarixi haqqında danışmışdır. Belə sərgilər növbəti aylarda da təşkil ediləcəkdir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !