Lənkəranda Azərbaycan uşaqların gözü ilə mövzusunda rəsm sərgisi təşkil olunub -

Lənkəranda “Azərbaycan uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi təşkil olunub

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılıb.
AzərTAc xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə keçirilən sərginin məqsədi Azərbaycanın turizm potensialını, mədəniyyətini, zəngin adət və ənənələrini uşaqlara və gənclərə tanıtmaqdır.
İki gün davam edəcək sərgidə 43 məktəblinin əl işləri nümayiş etdirilir.
Rəsm sərgisinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.AzərTAc 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !