"Dəcəl Balam" Lənkəranda aksiya keçirib -

"Dəcəl Balam" Lənkəranda aksiya keçirib

“Dəcəl Balam” ailə və uşaq jurnalı Lənkəran rayonunda xeyriyyə yarmarkası keçirib. Xeyriyyə yarmarkasının əsas məqsədi aztəminatlı ailələrdən olan, valideyn himayəsindən məhrum və valideynlərini itirmiş oğlan uşaqlarına sünnət toyu keçirmək üçün vəsait toplamaqdan ibarət olub. Yarmarkada jurnal satışı ilə yanaşı, azyaşlı uşaqlara hədiyyələr verilib. Belə xeyriyyə yarmarkalarının davamlı keçiriləcəyi gözlənilir. “Dəcəl balam” jurnalının kollektivi layihəyə dəstək olan hər kəsə təşəkkürlərini bildirib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !