Rəqslə sağlam həyata baxış adı altında layihə həyata keçirildi - FOTO

Rəqslə sağlam həyata baxış adı altında layihə həyata keçirildi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə Rəqslə sağlam həyata baxış adı altında layihə həyata keçirildi. Layihədə gəncləri rəqs haqqında təlimləndirmək başlıca fikirlərdən biri olub. Müxtəlif region gənclərini rəqs haqqında məlumatlandırmaq, sağlam bədəndə sağlam ruh prinsipini gənclərə dərk elətdirmək, gəncləri milli ruhda böyütmək, milli adət ənənələrimizi aşılamaq, milli rəqslərimizi daha dərindən dərk elətdirmək, milli arqumentləri unutmamaq, gənclərə musiqi duyumu və rəqs təlimlərinin keçirilməsi layihənin qarşısında duran fikir və məqsədlərdən biri olub. Region gəncləri arasında könüllü qrup yaradılması, təlimlər keçirilməsi, monitorda videolentlərin göstərilməsi, milli musiqilərin dinlənilməsi, müsabiqələr keçirilməsi daha tez milli rəqslərimizin mənimsənilməsi deməkdir. Bu məqsədlədə keçiriləcək təlimlər əyani vasitələrlə gənclərə çatdırılacaq. Gənclərin bu cür təlimlərdə iştirakı yüksək səviyyəli təşkili deməkdir. Hər bir gəncin öz ətrafında olan gənclərə zərərli vərdişlərdən çəkinməsinə və sağlam həyat tərzinə uyğunlaşmasının əsasına görə nəzərdə tutulur. Layihə çərçivəsində qısa təsviri bundan ibarət olub ki, layihə keçirilən ərazidə istedadlı gəncləri bir araya yığıb onlara rəqslər keçib, rəqslərin incəliklərini öyrətmək, öyrətdiklərimizi inkişaf etdirmək üçün müxtəlif səhnəciklər, tamaşalar keçirmək və təşkil etməkdən ibarət olub. Layihənin davamı olaraq Gənclərimizi milli ruhda böyütmək bunun üçün keçdiyimiz təlimlərdə rəqs haqqında biliklərimizi möhkəmləndirmək, həmçinin regionlarda azad rəqs marağını artırmaq, cəmiyyətimizə bu barədə bildirmək üçün Mingəçevir şəhərinin orta məktəb və institutlarından ibarət gənclərə Mingəçevir Gənclər evi və Mingəçevir Dram Teatrında rəqslə bağlı konsertlər keçirməkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !