Region mətbuatı gənclər tərəfindən təltif olundu - FOTO

Region mətbuatı gənclər tərəfindən təltif olundu FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi Milli Mətbuat Günü münasibətilə regionda fəaliyyət göstərən bir qrup medianı və onların əməkdaşlarını təltif etmək məqsədilə tədbir təşkil etmişdir.
Mingəçevir Gənclər və İdman İdarəsinin və “İşıqlı Gələcək” Gənclər Birliyinin tərəfdaşlığı ilə baş tutan mərasimi giriş sözü ilə açan Ofisin rəhbəri Tural Kərimov mətbuat təmsilçilərini təbrik edərək, dövlət başçısının mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Tədbirdə çıxış edənlər də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında mətbuatın rolu haqqında fikirlərini bölüşmüş, media təmsilçilərini təbrik etmişlər.
Daha sonra regionda fəallığı ilə seçilən Mingəçevir Televiziya və Radio Şirkəti, “L” Televiziya Şirkəti, “Mingəçevir” qəzeti, “Zaman-Azərbaycan” qəzetinin bölgə təmsilçiliyi, “Mingəçevir işıqları” qəzeti və digər media qurumları, habelə onların bir qrup əməkdaşı diplomla təltif olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !