Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbiçisi yol qəzasına düşdü - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbiçisi yol qəzasına düşdü FOTO

Bu gün gecə saatlarında Ağdamın Təzə kənd qəsəbəsi ərazisində 90 CT 772 dövlət nömrə nişanlı VAZ-2107 markalı mini maşını idarəetməni itirərək aşmışdır. Surətin yüksək olması qəzanın ağır olmasına səbəb olmuşdur. Nəticədə Avtomaşında olan sürücü və 4 sərnişindən biri ölmüş digərləri isə ağır bədən xəsarətləri almışlar. yaralanan dörd nəfərin hamısı Azərbaycan silahlı Qüvvələrində müddətdən artiq xidmət edən (MAXE) hərbiçilərdir. Yaralılar 1992-ci il təvəllüdlü Bəylərov Emin Nuğay oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə Nurlan Rəfail oğlu, 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğludur.

Qəza zamanı həlak olan hərbi qulluqcu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Əsgərzadə Anar İlham oğludur.

Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər.

Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də, amma kimin idarə etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aprılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !