Lənkəranda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsert təşkil olunub - FOTO

Lənkəranda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsert təşkil olunub FOTO

Turizm mövsümünün başlaması və yay mövsümündə əhalinin asüdə vaxtının səmərəli təşkili məqsədilə cari ilin 12 iyun tarixində Lənkəran rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən rayondakı Həzi Aslanov Parkında konsert proqramı təqdim olunub. Konsertdə Girdəni diyarşünaslıq evinin rəqs kollektivi milli və müasir rəqslər təqdim edib. Şağlaser kənd folklor evinin, Aşağı Nüvədi sənətkarlıq evinin, Parakənd kənd sənətkarlıq klubunun özfəaliyyət kollektivlərinin, yerli sənət ustalarının ifasında mahnılar səsləndirilib. Bu səpkidə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !