Qubada Gənclər Fondunun dəstəyi ilə yeni layihəyə start verilib
Bu xəbəri paylaş
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qubada “İntellektual çoxnövçülük üzrə Tələbə kuboku” layihəsinə start verilib.
Layihə rəhbəri Nizami Hüseynov bildirib ki, layihənin əsas məqsədi intellektual hərəkata yenicə qoşulan tələbələri Gənclər paytaxtı Qubada biraraya gətirməklə həm onların Quba ilə tanışlığını təşkil etmək, həm Qubalı gənclərlə oların birgə əməkdaşlığını təmin etmək, eyni zamanda da Quba intellektlərinin təcrübələrini artırmaqdır.
Layihə çərçivəsində Quba rayon Gənclər və İdman İdarəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə müxtəlif ali təhsil ocaqlarında təhsil alan 50 nəfər gəncin Qubada Nə? Harada? Nə zaman?, Xəmsə, Breyn rinq kimi intelletual oyunlarda qüvvəsini sınayacaq.