Azerbaijan Art Festival – 2014 layihəsi çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında sərginin açılışı olmuşdur - FOTO

“Azerbaijan Art Festival – 2014” layihəsi çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında sərginin açılışı olmuşdur FOTO

9 iyul 2014-cü il tarixdə Baku Creative Center-in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Nar Mobile-in baş sponsorluğu ilə “Azerbaijan Art Festival – 2014” layihəsi çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında sərginin açılışı olmuşdur. Açılışda Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov çıxış edərək Lənkəranda sərginin açılışını yüksək qiymətləndirib turizm potensialının inkişafına kömək edəcəyini bildirdi. Layihə haqqında rayon içtimaiyyətinə “Azerbaijan Art Festival 2014” haqqında ətraflı məlumat verildi.
Ekspozisiyada Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli, Mehriban Şamsadinskaya və s. rəssamların əsərləri nümayiş edilir.
Qeyd ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Nar Mobile-in baş sponsorluğu ilə 1- 30 iyul tarixlərində keçiriləcək turnedə ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkaran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları yer alıb. Yuxarıda adları çəkilən regionlarda sərgilər və rəssamlar tərəfindən ustad dərslər keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !