Ağdamda toy mərasimi bədbəxt hadisəylə sonlandı -

Ağdamda toy mərasimi bədbəxt hadisəylə sonlandı

Bu gün Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən “Ağdam Şadlıq Sarayında” keçirilən toy mərasimi bədbəxt hadisəylə yadda qaldı. Rayonun Quzanlı-Əfətli yolunun Əhmədağalı kəndi ərazisindən keçən hissəsində, yolun çox yaxınında yerləşən şadlıq sarayında keçirilən toy mərasiminin sonlarında IV sinif şagirdini maşını vuraraq öldürdü, yaraladı.
Hədisə bəylə gəlin şadliq sarayından çıxan zaman, şadlıq evinin qarşısındanki insan sıxlığından kənarlaşmaq istəyən azyaşlı Abışov Vüsal Elman oğlu valideyinlərinin yanından ayrılaraq yolun əks tərəfinə keçmək istəyərkən baş verib.
Beləki, 11 yaşlı Vüsal Abışovu, VAZ-2106 markalı avtomobil yüksək sürətlə hərəkət edərkən vurub. Hadisədən dərhal sonra zərərçəkəni Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdıran sürücü, hadisəylə bağlı Polisə xəbər verib.
Yaralı həkimlər tərəfindən əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağdam rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Elgün Rəhimov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !