Lənkəranın çayçılıq təsərrüfatlarına mini texnikalar gətirilmişdir
Bu xəbəri paylaş
Lənkəran rayonunda çayçılıq təsərrüfatlarında məhsuldarlığı daha da yüksəltmək və əl əməyindən istifadəni azaltmaq məqsədilə Yaponiyadan rayona yeni və keyfiyyətli mini texnikalar gətirilmişdir.
AzərTAc xəbər verir ki, çoxfunksiyalı olan bu nadir aqreqatlar əsasən becərmə, kultivasiya, dərmanlama və budama işlərini həyata keçirir.
İlkin mərhələdə rayona 4 belə texnika gətirilmişdir. Yaponiyalı mütəxəssislər yeni texnikaların iş prinsipini mexanizatorlara öyrətmək məqsədilə Lənkəran rayonuna gəlmişlər.
Qeyd edək ki, daha səmərəli, yüngül və dinamik olan bu mini traktorlar 7 saat ərzində 5 hektar ərazidə becərmə işləri həyata keçirə bilir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !