Ağdamda Ağır yol qəzası törədən avtomobil hadisə yerindən qaçıb - FOTO

Ağdamda Ağır yol qəzası törədən avtomobil hadisə yerindən qaçıb FOTO

Ağdamda, İmamqulubəyli kənd sakini, 1955-ci il təvəllüdlü Gözəlov Bəyəndik Yəhya oğlu, naməlum avtomobil tərəfindən vurulub. Hadisə iyunun 19-da gecə saat 00-20 radələrində rayonun İmamqulubəyli kəndində baş verib. AzPRESS xəbər verir ki, yolu keçmək istəyən şəxsi vuran sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerin tərk edib. Zərərçəkən şəxs yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alan piyada, ilkin tibbi yardım göstərildikdən sonra, Bərdə MRX-ya göndərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Hadisə şahidlərinin sözlərinə görə, hadisəni ağ rəngli VAZ-2107 markalı minik maşını törədib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Elgün Rəhimov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !