Nadir Qədimlinin "Yaxşı bax" şeri - FOTO

Nadir Qədimlinin "Yaxşı bax" şeri FOTO

Yaxşı bax

 

Bu nə baxış, bu nə görüş, nə haldı?
Baxışların məni məndən apardi.
Tanri bu gün yolumuzu bir saldı,
Yollarımız daralar haa... yaxşı bax!

 

Belin incə, qamətin şux, üz alma,
Qutrətdən yaranıb məni qınama.
qoyunundakı bəslədiyin şamama,
Xəzan vurar, saralar haa... yaxşı bax!

 

Dolaşıb şairin könül ilməsi,
Gözəldə adətdir özün öyməsi.
Ağ sinədə zər köynəyin düyməsi,
Baxışımdan qırılar haa... yaxşı bax!

 

Sənin bu gəlişin bahar tövhəsi,
ətirin novruzgülü, yaz bənövşəsi.
Dodağın açılmış bir gül qönçəsi,
Mən dərməmiş qaralar haa... yaxşı bax!

 

Gözlərində gözüm əksi görünə,
bulanaydım tər sinənin tərinə.
Nadirin qolları kəmər yerinə,
Incə belə sarılar haa... yaxşı bax!

 

Şer - Nadir Qədimli
Foto – Elgün Rəhimov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !