Gənclər üçün Təhsil Mərkəzi 15 iyun Milli Qurtuluş Günü münasibətilə Mingəçevir şəhərində geniş bayram konserti təşkil edib -

Gənclər üçün Təhsil Mərkəzi 15 iyun Milli Qurtuluş Günü münasibətilə Mingəçevir şəhərində geniş bayram konserti təşkil edib

Tədbirin açılışında Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək qonaqların bayramını təbrik edib bildirmişdir ki:Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti sahəsində ölkəmiz daxili və xarici siyasət nəticəsində xaosdan xilas olmuş ,sivil və demokratik inkişaf yolunda böyük nəaliyyətlər qazanmışdır.

Mərkəzin Mingəçevir regional ofisinin rəhbəri Tural Kərimov tədbirin mahiyyəti haqqında qonaqlara məlumat verib və qeyd etmişdir ki : Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.

Qeyd edək ki, Konsert proqramı gənclərin flashmobu, əyləncəli rəqslər, gənclərin ifalarından ibarət gözəl müsiqi kompozisiyaları ilə davam etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !