15 iyun - Qurtuluş Günü münasibətilə Goranboyda yerləşən "N" saylı hərbi hissədə bayram tədbir keçirilib. - FOTO

15 iyun - Qurtuluş Günü münasibətilə Goranboyda yerləşən "N" saylı hərbi hissədə bayram tədbir keçirilib. FOTO

Bayram toplantısında Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Azərbaycanın milli qəhrəmanları, Goranboy uğrunda gedən döyüşlərin iştirakçıları və Əfqanıstan Müharibəsi Veteranları Birliyinin sədri iştirak ediblər.

Əsgərlər qarşısında çıxış edən milli qəhrəmanlar Maşallah Abdullayev və Məhəmməd Həsənov əsgərlərə indi xidmət etdikləri ərazidə gedən döyüşlər haqda danışıblar. Onlar bildiriblər ki, vaxtilə Azərbaycan ordusu bu əraziləri çox çətinliklə, silahsız-sursatsız qoruya bilib. Amma bu gün Azərbaycan əsgərinin ən müasir texnikası, yüksək döyüş ruhu var.

Tədbir Müdafiyə Nazirliyinin Mahni və Rəks Ansablının rəngarəng ifaları ilə davam etdirilib. Eyni zamanda Hərbi xidmətdə fərqlənən Zabit və əsgərlər Azərbaycan Resplikası Əfqanıstan Muharibəsi Veteranları Birliyinin təltif etdiyi Yubley Medalları və qiymətli əşyalarla təltif ediliblər.

Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani jurnalistlərə bildirib ki, analoji tədbirlər orduda bir həftə ərzində davam etdiriləcək və bu toplantılar ictimaiyyət üçün açıq olacaq: “Bu tədbirlərdə gənc əsgərlərə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şücaət göstərən hərbiçilərimizin qəhrəmanlıqlarından bəhs olunur, onlara hərb tariximizin şanlı səhifələrindən söhbət açılır”.

Sonda isə hərbi hissənin əsgərləri döyüş hazırlığı bacarıqlarını nümayiş etdiriblər.

Elgün Rəhimov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !