Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı qadınlar şurasının üzvləri fiziki sağlamlığı məhdud olan uşaqları ziyarət etmişlər -

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı qadınlar şurasının üzvləri fiziki sağlamlığı məhdud olan uşaqları ziyarət etmişlər

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı qadınlar şurasının üzvləri fiziki sağlamlığı məhdud olan uşaqları ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, serebral iflicdən əziyyət çəkən uşaqlarla görüşdə YAP Mingəçevir şəhər təşkilatı qadınlar şurasının sədri Nurcamal Əsgərova qurumun üzvlərinin mütəmadi olaraq şəhərdə müxtəlif sahələr üzrə tədbirlər həyata keçirdiklərini, imkansız ailələr və xəstə uşaqlarla görüşərək onların problemlərini qismən də olsa həll etməyə çalışdıqlarını diqqətə çatdırmışdır.
Qadınlar serebral iflicdən əziyyət çəkən uşaqların qayğı və problemləri ilə maraqlanmışlar. Tibb işçiləri uşaqları müayinə etmiş və onlara müəyyən məsləhətlər vermişlər.
Sonda uşaqlara ərzaq bağlamaları və hədiyyələr təqdim edilmişdir. Bildirilmişdir ki, hazırda Mingəçevirdə 60-a yaxın uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !