Ermənilər işğal altındakı əraziləri yandırdılar - FOTO

Ermənilər işğal altındakı əraziləri yandırdılar FOTO

Ermənistan Silahlı Qüvvələri, işğalı altında olan Azərbaycan torpaqlarını yandırmaq ən-ənəsini davaM etdirirlər. AzPRESS xəbər verir ki, erməni hərbçiləri qoşunların təmas xəttinin Ağdam rayonu istiqamətində işğal altındakı Baş Qərvənd kəndinin ərazisini yandırıblar. Az müddət ərzində yanğın ərzisi genişlənərək neytral əraziyə də, yayılıb. Sözügedən istiqamətdə bir neçə mina partlayışı da müşahidə olunub. Yerli sakinlər yanğının təmas xəttinin yaşayış olan hissəsinə keçməməsinin qzarşısını almaları üçün hazır vəziyyətdə gözləmə mövqeyi tutub.

Xatırladaq ki, cəbhəyanı ərazilərdə biçilməmiş vəziyyətdə xeyli miqdarda arpa və buğda zəmiləri var. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !