Bərdə rayonunda ölkənin növbəti ən boyük parkları salınır - FOTO

Bərdə rayonunda ölkənin növbəti ən boyük parkları salınır FOTO

Son zamanlar ölkə ərazisində surətli inkişaf prosesi Bərdə rayonundan da, yan keçməyib. Beləki, rayonda Tərtər çayının sahilində 35 hektar ərazini əhatə edən nəhəng park inşa edilir. Hazırda son tamamlanma işləri gedən parkda iki suni göl yaradılmaqdadır və 2.5 km uzunluğunda bulvar salınıb. Bununla yanaşı parkda gənclərin və uşaqların səmərəli istirahət etməsi üçün kiçik futbol meydançası, uşaq əylənc mərkəzləri tikilməkdə davam edir. Bundan başqa parkda ümumilikdə müasir standartlara cavab verən çay evləri, fəvvarələr və bununla yanaşı digər istirahət qurğularının da, tikintisi son tamamlanma mərhələsinə çatdırılmışdır.
Bərdə rayon İcra Hakimiyyətindən AzPRESS-ə verilən məlumata görə, gələcəkdə daha 2 suni göl yaradılaraq Bərdə bulvarının uzunluğunu 4.5 km-ə çatdırılacaqdır.
Elgün Rəhimov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !