Ağdamda gənc xilasedicilər və yanğınsöndürənlər adlı yarış keçirilib. - FOTO

Ağdamda “gənc xilasedicilər və yanğınsöndürənlər” adlı yarış keçirilib. FOTO

Bu gün Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində məktəblilər arasında xilasetmə və yanğınsöndürmə yarışları keçirilib.

AzPRESS xəbər verir ki, tədbirdə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Xocavənd və Şuşa məktəbliləri iştirak edirdi.

FHN-in təşkilatçılığı, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən yarışlar artıq üç ildir, keçirilir. İntellektual və fiziki biliklərin yoxlanılması məqsədilə keçirilən yarışlar gənc nəsildə həyat fəaliyyəti təhlükəsizliyi mədəniyyətini, özlərinə və başqalarına kömək etmək bacarığı aşılayır.

FHN-in idarə rəisi, polkovnik Məhbubə Mustafayeva jurnalistlərə müsahibəsində bildirib ki, yarışda qalib gələn komanda yaxın gələcəkdə Qəbələdə keçiriləcək ümumrespublika yarışında iştirak edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !