Lənkəranda mədəniyyət və turizm şöbələrinin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı seminar -

Lənkəranda mədəniyyət və turizm şöbələrinin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı seminar

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinın Analıtik təhlil və proqram təminatı şöbəsi, Regionlarla iş sektoru ilə birgə 21 may tarixində Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm şöbələrinin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı Lənkəran, Şirvan, Astara, Biləsuvar, Cəlilabad, Hacıqabul, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı rayon mədəniyyət və turizm şöbələrinin müdirləri və həmin şöbələrin informasiya üzrə məsul şəxsləri üçün seminar təşkil etmişdir.
Zona seminarının keçirilməsində əsas məqsəd "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrasının təmin edilməsi, yerlərdə elektron resurslardan istifadə qaydalarının təkmilləşdirilməsi və sənədləşmədə elektron vasitələrdən daha geniş istifadənin təmin edilməsidir. Nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov tərəfindən veb saytlarla iş prinsipləri izah olunmuş, elektron vasitələrlə işləmə qaydaları ilə bağlı müvafiq təlimatlar verilmiş, suallar cavablandırılmışdır.
Seminar çərçivəsində Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsinin elektron karguzarlıq sahəsində qabaqaqcıl iş təcrübəsinin regionlarda tətbiqi ilə bağlı elektron sənədlərlə işləmə qaydasının təqdimatını keçirilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !