ATƏT-in Minsk qrupunun həmsədrləri Tərtər rayonunda olublar - FOTO

ATƏT-in Minsk qrupunun həmsədrləri Tərtər rayonunda olublar FOTO

AzPRESS xəbər verir ki, mayın 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Tərtər rayonu ərazisində, Azərbaycan Ermənistan qoşunlarının Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçərək Tərtər rayonunda olublar. Onlar jurnalistlərlə söhbət zamanı bildiriblər ki, Dağlıq Qarabağa səfərimizin əsas məqsədi Laçın və Kəlbəcər rayonuna baş çəkmək idi.

ATƏT-in Minsk qrupunun həmsədri İ. Popov bildirib ki, bütün rayonları hələ görməyən amerikalı həmsədr də bu səfərdə iştirak edir: “Biz yerli administrasiya nümayəndəliyi və rəhbərliyi ilə söhbətlər apardıq. Təmas xəttindəki hərbçilərlə də çoxsaylı məsələlər müzakirə edildi. Təmas xəttini keçmək qarşımızda duran əsas vəzifələrdən biri idi”.

Fransalı sabiq həmsədr Jak For isə 3 il ərzində ATƏT-in Minsk qrupunda həmsədrlik etdiyini xatırladıb: “Mən bu məsələ ilə çox yaxından məşğul olmuşam. Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik. Missiyamın sonunda hər kəsə uğur və sülh arzulayıram”.

Qeyd edək ki, J. Foru bu postda Fransanın Moldovadakı keçmiş səfiri Pyer Andrie əvəz edib.

Elgün Rəhimov - AzPress 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !