4 aprel 2014-cü il tarixdə Ağdam rayonu Heydər Əliyev Mərkəzində ilk dəfə nikah mərasimi keçirilmişdir FOTO
Bu xəbəri paylaş
4 aprel 2014-cü il tarixdə Ağdam rayonu Heydər Əliyev Mərkəzində ilk dəfə nikah mərasimi keçirilmişdir. Yeni ailə quran gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar. Sonra Mərkəzdə nikah aktının imzalanması mərasimi keçirilmişdir. Nikah müqaviləsi rayon sakinləri Səfərov Sənan və Məmmədova Gülhanə arasında bağlanmışdır.
Ağdam rayon İcra Hakimiyyətinin məsul işçisi Nazilə Abbasova yeni ailə quran gənclərə rayon İcra Hakimiyyəti Başçısının təbriklərini və xoş arzularını çatdırmışdır.
Gənclər nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirmişlər və xatirə kitabına ürək sözlərini yazmışlar.